Türkiyədə yeni partiya yaradılır

DÜNYA 20 iyl 2020, 12:50

Türkiyə Böyük Millət Məclisinin bitərəf deputatı Öztürk Yılmaz Yenilik Partiyasının qeydiyyatı üçün Daxili İşlər Nazirliyinə ərizə ilə müraciət edib.


“Report” “Habertürk”ə isitnadən xəbər verir ki, bu gün partiyanın qurucu üzvləri lazımi bütün sənədləri DİN-ə təqdim ediblər.


Partiyanın qurucu üzvlərindən olan Nazim Özər nazirlik qarşısında verdiyi açıqlamada partiyanın ölkəyə və millətə xeyirli olmasını diləyib: “Bu yenilik istəyirik. Partiyamızda gənclərə və qadınlara ola bildikcə üstünlük verməyə çalışırıq”.

 

Qeyd edək ki, partiyanın sədri Öztürk Yılmaz 2018-ci ildən deputatdır. O, 2018-ci ildə sədri müavini olduğu Cümhuriyyə Xalq Partiyasından (CHP) çıxarılıb. Bunun səbəbi olaraq onun partiya sədri Kemal Kılıçdaroğlunu dəfələrlə sərt tənqid etməsi göstərilib. Öztürk Yılmaz hələ ötən il partiya quracağını anons etmişdi.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top