ABŞ-a casusluqda ittiham olunan İran vətəndaşı edam edildi

DÜNYA 20 iyl 2020, 10:53

İran İnqilab Keşikçiləri Qvardiyasının xaricdə fəaliyyət göstərən “Qüds” qanadının komandanı generaal Qasım Süleymaninin hərəkət istiqaməti və iqamətgahı barədə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə məlumat ötürdüyü idddia edilən Mahmud Macd edam edilib.


“Report” xəbər verir ki, məlumatı “Mehr” agenliyi yayıb.


Casusluqda ittiham olunan M.Macdla bağlı çıxarılan hökm iyulun 20-də səhər saatlarında icra olunub.


Qeyd edək ki, Q.Süleymani və onunla birlikdə 12 nəfər yanvarın 3-də ABŞ-ın Bağdadda hazırladığı hərbi əməliyyat nəticəsində öldürülüb.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top