Ağcaqanadlar koronavirusu insanlar arasında yaya bilərmi?

MARAQLI 18 iyl 2020, 23:16

Alimlər ağcaqanadların insanlar arasında koronavirusu yaya biləcəyi ilə bağlı məlumatları təkzib edib.


Demokrat.az xəbər verir ki, bu barədə “Nature” jurnalı məqalə dərc edib.


Alimlərin araşdırmasına görə, hətta ekstremal şərtlərdə belə, virus ağcaqanadın özündə çoxala bilməyib.


Odur ki, əgər ağcaqanad koronavirusa yoluxan şəxsi sancsa belə virusu digər insana yoluxdurması mümkün deyil.


Ümumdünya Səhiyyə Təşkilatı da bildirib ki, yeni koronavirusun ağcaqanad sancması ilə keçməsi haqda heç bir sübut və əsas yoxdur.(Unikal.org)

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top