Qubad İbadoğluna itki üz verdi — FOTO

HADİSƏ 18 iyl 2020, 23:08

İqtisadçı alim Qubad İbadoğlunun dayısı Tahir Quliyev vəfat edib.

 
Demokrat.az
-ın xəbərinə görə, bu barədə Q.İbadoğlu özü məlumat verib.
 

“Nəslimizə ağır itki üzv verdi. Mən dayımı, el-obamız ağsaqqalını itirdi. Tahir dayı çörəkli adam idi, ona görə yox ki, uzun müddət çörək zavoduna rəhbərlik etmişdi, ona görə ki, səxavətli idi, kasıbların pasibanı idi, çox adama gerçəkdən çorək və iş vermişdi. Tahir dayı baməzə söhbətləri ilə kiçikdən böyüyə hər kəsin sevimlisi idi. Onu tanıyanlar həm də pozitivliyinə görə çox sevirdi. Zarafatlarından qalmırdı. 


İnanıram ki, onu tanıyan hər kəs heyranlıqla və həsrətlə həmişə xatırlayacaqdır. Müdrik Cavidin belə bir misrası var: “ölüm var ki, həyat qədər dəyərli, həyat var ki, ölümdən də zəhərli". Tahir dayı şərəfli, dəyanətli bir kişi ömrü sürdü və haqq dünyasına tez qovuşdu. Bəlkə də çox yaşayardı, əgər onun ürəyi vətən həsrətindən, torpaq nisgilindən zədələnməsəydi. 


O zədəli ürək bu gün birdən və həmişəlik dayandı. Qürbətdə belə acı xəbəri daşımaq çox çətindir, yaralanmış qəlbini qoymağa yer tapmırsan, dərdini bölüşməyə də kimsə yox. Odur ki, virtual olsa da mənim üçün ağır olan bu itkini sizinlə bölüşürəm. 


Tahir dayının ölümü mənim ana tərəfdən nəslimdə ikinci böyük itkidir. Birinci dəfə Tahir dayı öz dayısını, mən də dayımın dayısı olan Cəmil Əlibəyovu itirəndə bu qədər ağrımışdım. 


Allah hər ikisinə rəhmət etsin!” – Q.İbadoğlu qeyd edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top