Yolu keçən qadını maşın vurub öldürdü

HADİSƏ 18 iyl 2020, 20:35

Abşeronda avtomobil qadını vuraraq öldürüb.


Baku TV xəbər verir ki, hadisə rayonun Xırdalan şəhəri ərazisindən keçən hissəsində baş verib.


Belə ki, “VAZ-21074” markalı avtomobil magistral yolu keçmək istəyən paytaxt sakini Sənubər Babayevanı vurub.


Yaralı aldığı xəsarətlərdən elə hadisə yerində ölüb.


Sürücü isə saxlanılaraq məsuliyyətə cəlb olunub.


Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top