DİN polisin qadına tanışlıq məqsədilə yazması ilə bağlı iddiaları araşdırır

HADİSƏ 18 iyl 2020, 15:16

Dünən sosial şəbəkələrdə metronun “Koroğlu” stansiyasında polis əməkdaşının xüsusi karantin rejimi dövründə küçəyə çıxma icazəsinin olub-olmadığını yoxlamaq məqsədi ilə bir qadını saxlamasını, daha sonra həmin qadının soisal şəbəkədəki səhifəsinə tanışlıq üçün yazması iddiaları paylaşılıb. 


Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Demokrat.az-a verilən məlumata görə, məsələ DİN rəhbərliyinin nəzarətindədir və faktın araşdırılması üçün müvafiq göstərişlər verilib.


"Əgər iddialar təsdiqini taparsa, həmin əməkdaş barədə ciddi tədbir görüləcək" - məlumatda bildirilib. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top