Həmyerlimiz ABŞ-da “Karabakh is Azerbaijan!” sözlərini havada dalğalandırdı

DÜNYA 18 iyl 2020, 13:35

ABŞ-ın Nyu-York ştatında həmvətənimiz Qarabağa dəstək aksiyası keçirib.


Demokrat.az xəbər verir ki, həmvətənimiz Elman Bayramov təyyarənin Nyu-York səmalarında “Stop Armenian Occupation! Karabakh is Azerbaijan!” sözlərini dalğalandırması üçün “Gofoundme” platformasında kampaniya başladıb.

 
O, bu barədə feysbuk hesabında məlumat verib və 3 gün ərzində posterin havada qalması üçün dəstək istəyib. Onun sözlərinə görə, əsas məqsədi müxtəlif ölkələrdən olan insanlara, ermənilərin işğalçı və terrorçu olduqlarını bir daha sübut etməkdir. Həmvətənimizin bu addımı qısa müddət ərzində rəğbət görüb və istəyinə nail olub. 


Qeyd edək ki, sözügedən posterin 15 dəqiqə havada dalğalanması üçün  1995 dollar, 4 saat dalğalanması üçün isə 3995 dollar tələb olunub.(yeniavaz.com)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top