Putin əmr verdi: 150 minlik ordu ilə "Qafqaz-2020" təlimləri keçirilsin

DÜNYA 18 iyl 2020, 13:30

Tovuz sərhədi boyunca Azərbaycan-Ermənistan gərginliyi davam edərkən, Rusiya prezidenti Vladimir Putin 150 minlik ordu ilə "Qafqaz-2020" hərbi təlimlərinin keçirilməsinə əmr verib. 


Demokrat.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəhbəri Sergey Şoyqu bildirib.


Hərbi təlimlər regionun Cənub və Qərb hissəsində baş tutacaq. 

 

img

 

Şoyqu bəyan edib ki, 56 taktiki təlim keçiriləcək: “Burada 150 minə yaxın hərbçi, 26 mindən çox texnika, 414 təyyarə, 106 gəmi iştirak edəcək. Təlimlər 35 təlim meydançası, Qara və Xəzər dənizində baş tutacaq".

 

img

 

Xəzər və Qara dənizdə təlimlərə Şimali və Sakit okean üzrə hərbi dəniz qüvvələri də qatılacaq.(mediapost.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top