SON DƏQİQƏ! Korrupsiya İdarəsi əməliyyat keçirdi, vəzifəli şəxs tutuldu

HADİSƏ 18 iyl 2020, 13:27

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi rüşvət almaqda ittiham olunan vəzifəli şəxsin tutulması üçün əməliyyat keçirib.


Demokrat.az-ın əldə etdiyi məlumata görə, Ziya Eldar oğlu Səfərəliyevin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək rüşvət alması barədə baş idarəyə məlumat daxil olub.


Keçirilən əməliyyat nəticəsində Ziya Səfərəliyev rüşvət alarkən həbs edilib.


İstintaq orqanı tərəfindən Ziya Səfərəliyevin barəsində Cinayət Məcəlləsinin 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələri ilə ittiham elan edilib.


İstintaq gedir.


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top