Putin orduda qəfil yoxlama əmri verdi — Xəzərdə də təlim keçiriləcək

DÜNYA 17 iyl 2020, 18:26

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ali baş komandan kimi silahlı qüvvələrdə qəfil yoxlama əmri verib.


Bu barədə Müdafiə naziri Sergey Şoyqu bildirib.


Nazir qeyd edib ki, yoxlama Cənub və Qərb hərbi dairələrini, hərbi dəniz piyadalarını əhatə edəcək.


Şoyqunun sözlərinə görə, yoxlama zamanı 56 taktiki təlim keçiriləcək. Təlimdə 150 min hərbçi, 26 min ədəd texnika, 414 uçan apart, 106 gəmi iştirak edəcək. Bu məqsədlə 35 poliqon ayrılıb.


Təlimlərin Xəzər dənizində və Qara dənizdə də keçirilməsi planlaşdırılır.


Müdafiə Nazirliyi bildirib ki, yoxlama silahlı qüvvələrin döyüş hazırlığını öyrənmək məqsədi daşıyır. (Cebhe.info)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top