Afrikada koronavirusa yoluxanların sayı 660 min nəfəri ötdü

DÜNYA 17 iyl 2020, 18:53

Afrikada koronavirusa yoluxma hallarının sayı 663 648 nəfəri ötüb.


“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Regional nümayəndəliyi məlumat yayıb.


Bildirilib ki, qitə üzrə 343 mindən çox pasiyent sağalıb, ölənlərin ümumi sayı isə 14 386 nəfərə çatıb.


Ən çox yoluxma halları Cənubi Afrika Respublikasında (327 221 nəfər) və Misirdə (85 771) aşkar edilib. Nigeriyada isə 34 854 nəfər koronavirusa yoluxub.


Cənubi Afrika Respublikasında koronavirusdan ölənlərin sayı 4 669 nəfərə, Misirdə  4 120 nəfərə, Əlcəzairdə isə 1 052 nəfərə çatıb.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top