Beyləqanda hakim cinayət işinə baxmaqdan imtina etdi — ŞOK SƏBƏB

HADİSƏ 17 iyl 2020, 14:18

Vəzifə səalahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunan Beyləqan Təhsil Şöbəsinin müdiri Xuraman Rüstəmova və Daşburun qəsəbəsində yerləşən, Əli Rüstəmov adına məktəbin direktoru Azadi Çobanzadənin barəsində cinayət işi açılıb.


Demokrat.az-ın əldə etdiyi məlumata görə, hər iki şəxsin barəsində Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.


Baş Prokuroluq yanında Korrupsiya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb və cinayət işi üzrə ibtidai istintaq yekunlaşdırılaraq baxılması üçün Beyləqan rayon Məhkəməsinə göndərilib.


Hakim Ramiz Nurullayev proses başlanan kimi özü-özünə etiraz verib. Hakim özü-özünə etiraz etməsi barədə qərarını onunla əsaslandırıb ki, cinayət işi üzrə təqsirləndirilən şəxslərdən Xuraman Rüstəmovanın oğlu Yasin Əliyev Beyləqan rayon Məhkəməsində hakim köməkçisi vəzifəsində işləyir.


Hazırki cinayət işi üzrə gələcəkdə məhkəmə qərarı qəbul edilərkən işə baxan hakimin cinayət təqibində maraqlı olmasını təsdiq edən hallar məhz bu işin obyektiv baxılmasını şübhə altına aldığından və dolayı yolla işin nəticəsində maraqlı olması barədə səslənə bilcək fikirlərə yol verməmək məqsədi ilə hakim özü-özünə etiraz etməlidir.


Hakimin özü-özünə verdiyi etiraza baxılması üçün iş materialları Şirvan Apelyasiya Məhkəməsinə göndərilib.


Hakim Ələsgər Novruzovun sədrliyi ilə baş tutan iclasda Beyləqan rayon Məhkəməsinin hakimi Ramiz Nurullayevin cinayət işinə baxmaqdan imtina etməsi məsələsi araşdırılıb.


Apelyasiya instansiyası məhkəməsinin hakimləri Beyləqan rayon Məhkəməsinin hakimi Ramiz Nurullayevin özünə qarşı verdiyi etirazı haqlı hesab ediblər.


Bu səbəbdən cinayət işinə Cəbarayıl rayon Məhkəməsinə baxılması barədə qərar qəbul edilib.


Xuraman Rüstəmova və Azadi Çobanzadənin barəsində olan cinayət işi baxılması üçün Cəbrayıl rayon Məhkəməsinə göndərilib.


Cinayət işi üzrə məhkəmə davam edir.


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top