Gürcüstanlıların 73%-i Azərbaycana etibar edir — SORĞU

DÜNYA 17 iyl 2020, 16:17

Gürcüstanda rəyi soruşulanların 73%-i Azərbaycana etibar etdiklərini bildiriblər.


“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu göstərici ABŞ-ın “Edison Research” şirkətinin apardığı sosial sorğunun nəticələrində əks olunub.


Gürcüstan vətəndaşlarının ən çox etibar etdiyi ölkələrin ilk üçlüyündə 93%-lə Ukrayna, 92%-lə ABŞ və 90%-lə Böyük Britaniya yer alıb.


Gürcüstan sakinləri arasında qonşu Türkiyə və Ermənistana etibar göstəricisi isə müvafiq olaraq 74% və 68% təşkil edir. Respondentlərin yalnız 28%-i Rusiyaya güvəndiyini bildirib, 72%-i isə əks fikirdə olub.


Gürcüstan vətəndaşlarının Avropa İttifaqı və NATO-ya inam göstəricisi hər iki halda 92%-ə bərabər olub.


Qeyd edək ki, sorğu Gürcüstanın “Formula” teleşirkətinin sifarişi ilə iyunun 23-dən iyulun 13-dək keçirilib. Sorğuda Abxaziya və Tsxinvali bölgələri istisna olmaqla, bütün ölkə üzrə 2 101 nəfərin rəyi öyrənilib. 


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top