"Araz" supermarketin gənc müdiri qəfil dünyasını dəyişdi — FOTO

HADİSƏ 16 iyl 2020, 23:43

“Araz” supermarketlər şəbəkəsinin Zuğulba filialının müdiri Tehran Musayev iş başında dünyasını dəyişib.


Demokrat.az xəbər verir ki, 27 yaşlı gənc müdirin ürəktutmasından vəfat etdiyi bildirilib. O marketdə iş başında olarkən qəfil vəziyyəti pisləşib və bir neçə saatdan sonra keçinib.


Qeyd edək ki, xeyli müddətdir “Araz” supermarketlər şəbəkəsində çalışan T.Musayev ailəli və bir uşaq atası idi.


Allah rəhmət eləsin!

 

 

Konkret.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top