Azərbaycanda koronavirusla bağlı SON VƏZİYYƏT — FOTO

SOSİAL 15 iyl 2020, 23:59

Azərbaycanda koronavirusla bağlı bu günə olan statistik göstəriciləri açıqlanıb.

 

TƏBİB-dən Demokrat.az-a daxil olan məlumata görə, bu gün ölkədə koronavirusla bağlı 8312 test edildiyi bildirilib.

 

Məlumata görə, indiyə qədər Azərbaycanda 592 778 test aparılıb.

 

Xatırladaq ki, bu günə qədər ölkəmizdə 25 672 nəfər koronavirusa yoluxub. 326 nəfər ölüb, 16 695-i isə sağalıb. Hazırda 8651 nəfər aktiv xəstə kimi qeydiyyatdadır. 

 

Həmin şəxslərdən 347 nəfərin vəziyyəti ağırdır, 67 nəfər isə süni tənəffüs aparatı vasitəsilə xəstəliklə mübarizə aparır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top