Bu rayonlara dolu yağdı — VİDEO

HADİSƏ 15 iyl 2020, 19:45

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. 


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Xınalıq, Daşkəsən, Oğuz, İsmayıllı, Altıağac, Xaltan, Qrız, Qəbələ, Şamaxı, Mərəzədə şimşək çaxıb, leysan xarakterli yağış yağıb. 


Düşən yağışın miqdarı Şamaxıda 23, Dəmiraparançay-Qəbələdə 21 mm olub. Yağan leysan yağış nəticəsində Dəmiraparançay və Pirsaatçay Poladlıdan sel keçib. 


Saat 14:30-da Qəbələ rayonunun dağlıq ərazilərinə xırda dənəli dolu düşüb. Şimal-qərb küləyi Qəbələdə 24 m/s, Göyçayda 18 m/s-dək güclənib.

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top