Partiya sədri: "“5-ci kolon”un təxribatı araşdırılsın"

SİYASƏT 15 iyl 2020, 18:49

“Dünən millətimizin orduya, dövlətə olan dəstəyinin şahidi olduq. Buna görə mən xalqımın qarşısında baş əyirəm. Ona görə ki, bu millət ac da qalsa da, məmurlar onları incitsə də, haqlarını yesələr də, öz dövlətinə sahib çıxmağı hər an nünayiş etdirib”.
 

Demokrat.az bildirir ki, bunu Versus.az-a "Şəhidlər ölməz, Vətən bölünməz", "Qarabağ bizimdir, bizim qalacaq" kimi şüarları ilə ordu ilə xalqın, vətəndaşla dövlətin həmrəyliyini nümayiş etdirən aksiyada təxribatın baş verməsi ilə bağlı açıqlamasında Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev bildirib.

 
H.Hacıyev bildirib ki, orduya, Qarabağa dəstək aksiyasında bir çox siyasi partiyaların nümayəndləri iştirak edib. Partiyalar hadisələrin tam nəzarətdən çıxmasına imkan verməsə də, təxribat baş tutub.


Partiya sədri təxribatın olacağı ilə bağlı ayrı-ayrı qüvvələr tərəfindən hazırlığın getməsi barədə əvvəllər də məlumat verdiyini deyib və aidiyyatı orqanların, hüquq-mühafizə orqanlarının buna məhəl qoymamasına təəssüflə yanaşıb:
 

“Mən belə təxribatların hazırlandığını və kimlərin buna başçılıq etdirini əvvəlcədən demişdim. Zaman-zaman adını çəkdiyim keçmiş məmurların, nazirlərin ölkədə təxribat törədəcəkləri ilə bağlı fikirlərimi bildirmişdim. Təbii ki, Milli Məclisin boş olduğu bir vaxtda, “Qarabağ” uğrunda şüarların kölgəsində kimlərinsə xaincəsinə Milli Məclisə daxil olması yersiz idi. Biz bunu daxili qüvvələrin təxribatı hesab edirik. Görünən odur ki, millətin ordunun yanında olmasını belə çoşqu ilə nümayiş etdirməsi, Ali Baş Komandana sərgilənən inam həmin xain qüvvələrin ürəyincə deyildi. Xalqın içinə salınan təxribatçı dəstələrin Milli Məclisə yersiz hücumu utancverici haldır”.
 

MMP sədri bir daha aidiyyatı orqanları ayıq-sayıq olmağa çağırdı:
 

“Onlar heç olmasa bizim dediklərimizi araşdırsınlar, eyş-işrətlərdən başaları açılsın və görsünlər ki, Hafiz Hacıyev nə danışır, nə deyir.  Amma bunlar edilmir. Dünən təyin olunan deputatlardan biri də xalqın qarşısına çıxmadı”.

 
Partiya sədri bildirib ki, birmənalı olaraq bu təxribat hakimiyyətdən qovulan keçmiş məmurların daxildə sabitliyi pozmağa çalışan qruplarıdır:

 
“Tam əminliklə deyirəm ki, axşam təxribatı törədənlər vəzifədən uzaqlaşdırılmış nazir və məmurların diqtəsi ilə hərəkıt edib. Bunlar diqqəti özlərindən yayındırmaq istəyirlər. Bunlar Prezidentin Dağlıq Qarabağda aparacağı uğurlu əməliyyatlardan çox narahatdırlar. İtkilər versək də ordumuz çox qətiyyətlə hücuma keçib, ermənilərin yüzə qədər erməni itlərini öldürüblər. Bunu onların burdakı qohumları qəbul etmirlər. Dəfələrlə qeyd etdiyim kimi “5-ci kolon”un burdakı nümayənmdələri, onların əlaltıları və Milli Məclisə hücum edənlər ortaya çıxarılmalıdır. İstərdim ki, onlar barədə xalqa məlumat versinlər. Xalq görsün ki, Hafiz Hacıyevin apardığı mübarizə, dediyi faktlar öz yerini aldı. Dağlıq Qarabağın işğaldan azad edilməsi ərəfəsində “5-ci kolon” daxildə diqqəti vətəndaş müharibəsinə yönəltmək istəyir. Hüquq-mühafizə orqanlarını qətiyyətli olmağa səsləyirəm”.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top