Erməni olduğu deyilən Rəşad açıqlama yaydı

SOSİAL 15 iyl 2020, 18:26

Ötən gün Bakıda baş verən orduya dəstək yürüşü fonunda təxribat xarakterli video yayan və erməni olduğu deyilən Rəşad Məmmədov sosial şəbəkə vasitəsilə açıqlama yayıb.

 

Demokrat.az musavat.com-a istinadən xəbər verir ki, o, bu cür video yaymasını emosional olması ilə əlaqələndirib: “Həddən artıq emosional insanam və vətənpərvərəm. Mənə gələn dünənki xəbərlər, o məlum videogörüntünü yaymağımı məcbur etdi. Çünki dözə bilmədim, o qədər insanın ölüm xəbəri, insanlarımızın yürüşü, səfərbərlik tələbi (bu mənim də, arzumdur), məni, düşünmədən o videonu yaymağa məcbur etdi”.

 

Sonda Rəşad Məmmədov iddia edib ki, bəzi şəxslər bilərəkdən bu cür məlumatlar yayırlar.

 

Onu da qeyd edək ki, Ağ Partiya sədri Tural Abbaslı Musavat.com-a açıqlamasında bildirib ki, bu şəxs Almaniyada Müsavat Partiyasına mühacir alveri ilə bağlı açılan cinayət işində əsas şahid kimi iştirak edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top