Tovuzda növbəti erməni təxribatı — Jurnalistlər və deputatlar atəşə tutuldu

SİYASƏT 15 iyl 2020, 17:00

Ermənistan Silahlı Qüvvələri dinc vətəndaşları hədəf almaqda davam edir.


Demokrat.az xəbər verir ki, erməni silahlı bölmələri növbəti dəfə Tovuzun Dondar Quşçu kəndini atəşə tutub. Atəşin təsirini kənd sakinləri ilə bərabər orada olan media nümayəndələri və bölgədə olan Millət vəkilləri Arzu Nağıyev, Qənirə Paşayeva, onların köməkçiləri də hiss ediblər.


Məlumata görə, Qənirə Paşayevə erməni silahlı qüvvələrinin atəşlərinin təsirindən bir anlıq müvazinətini itirərək yıxılıb və qolunu zədələyib.


Ərazidə olan vətəndaşlardan, jurnalistlərdən və deputatlardan heç kimin ciddi xəsarət almadığı bildirilir.(trend.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top