Deputat: “Bəzi qüvvələr tərəfindən pozuculuq fəaliyyətinə cəhdlər göstərilib”

GÜNDƏM 15 iyl 2020, 17:03

“Ermənistan təcavüzkar siyasətini davam etdirmək üçün hər cür çirkin əməllərdən istifadə edir. İyulun 12-də Tovuz istiqamətində baş verən təxribat da bunu bir daha təsdiqləyir”.


Bunu “Report”a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini, Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib.


Onun sözlərinə görə, Ermənistan tərəfinin başlatdığı təxribata cavab olaraq, Azərbaycan Ordusu düşmənin darmadağın edilməsi istiqamətində konkret addımlar atır:


“Görülən tədbirlər nəticəsində çoxsaylı canlı qüvvə və hərbi texnika itirən düşmən artıq itkilərini etiraf etməyə başlayıb. Bütün bunlar bir daha göstərdi ki, Azərbaycan Silahlı Qüvvələri istənilən təxribatın qarşısını almağa və qarşısına qoyulan bütün tapşırıqları peşəkarcasına yerinə yetirməyə qadirdir”.


Partiya sədri xatırladıb ki, düşmənin Tovuz rayonu istiqamətində açılmış artilleriya atəşi nəticəsində mülki şəxs həlak olub:


“Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Tovuz rayonunun Dondar Quşçu kəndinin ərazisinə mərmilərin düşməsi nəticəsində 1 fərdi yaşayış evinə və 3 həyətyanı torpaq sahəsinə ziyan dəyib. Bundan əlavə, düşəmin atəşi nəticəsində 76 yaşlı mülki vətəndaşımız həyatını itirib. Hesab edirəm ki, mülki əhalini ağır silahlardan atəşə tutmaq hər zamankı kimi erməni faşizminin əyani təzahürüdür”.


T. Kərimli qeyd edib ki, iyulun 14-dən 15-nə keçən gecə pandemiyaya rəğmən xalqımızın Vətən uğrunda birlik nümayiş etdirməsi həqiqətən təqdirəlayiq haldır.


“Xalqımın ən ağır gündə belə dövlətinə, xalqına, Vətəninə, yurduna, sahib çıxmaq istəyini nümayiş etdirməsi bir daha Azərbaycanın həmrəy şəkildə dövlətin yanında olmasının göstəricisi idi. Amma təəssüf ki, gecə saatlarında yaradılmış şəraitdən sui-istifadə halları da müşahidə edildi. Bəzi qüvvələr tərəfindən məqsədli şəkildə prosesə siyasi məzmun verməyə, pozuculuq fəaliyyətinə cəhdlər də göstərildi. Bu çətin günlərdə dövlətin ali qanunverici orqanının binasına qanunsuz olaraq daxil olmaq və orada dağıntılar törətmək şəhidlərin müqəddəs ruhuna hörmətsizlikdir və qətiyyən yolverilməzdir”.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top