“Çox məkrli və qəddar düşmənlə üz-üzəyik” — Anar

SOSİAL 15 iyl 2020, 15:19

Ermənistanın törətdiyi növbəti qanlı təxribat hamı kimi məndə də dərin narahatlıq və düşmənə qarşı hiddət doğurdu. Azərbaycan ordusunun azğın təcavüzkarı yerində oturtması, cəsur hərbçilərimizin işğalçını ciddi itkilərə məruz qoyaraq bu təxribatın qarşısını alması məndə sonsuz inam və qürur hissi yaratdı.


Bunu xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev deyib.


O bildirib ki, Tovuzda baş verən hadisələri həm böyük ağrı, həm də qürur hissi ilə qarşılayıb: “Doğrudur, şəhidlik müqəddəsdir, amma hər halda balaları olan insanın həyatdan belə erkən getməsi insanı parçalayır. Eyni zamanda qürur hissi yaşadım, bizim ordu o azğın təcavüzkara layiqli cavabını verib. Ermənilər çox azğınlaşıblar. Elə bilirlər ki, dünya ictimaiyyətində müəyyən yalan təbliğatlarına görə hər şey edə bilərlər.


Amma dünya da yavaş-yavaş ayılır, kimin haqlı, kimin haqsız olduğunu görür. Tovuzdakı hadisələr sübut etdi ki, biz hər zaman təcavüzkara layiqli cavab verməyə hazırıq. Ona görə də, ordumuzla hamımız qürur duyuruq”.

 
Xalq yazıçısı bildirib ki, xarici həmkarlarına Ermənistanın təcavüzə son qoyması üçün çağırışlar edib: “Bu, ilk deyil, dəfələrlə olub. İllər boyu biz rus yazıçılarına, keçmiş SSRİ yazıçılarına bu barədə müraciətlər etmişik. Hamısı kitablarda var. Hazırkı vəziyyətlə bağlı isə ümumi bəyanat vermişik. Yəqin ki, sonra bu bəyanat başqa dillərə də çevrilə bilər. Ümumiyyətlə, təxribat ermənilərin adətidir. Onlar ordu ilə yox, xalqla mühaibə edirlər. Onların millətçi psixologiyası elə tərbiyə olunub ki, türk, ya azərbaycanlı gördün, fərqi yoxdur, cavandı, qocadı, dinc əhalidir, qır, dağıt, öldür... Biz çox məkrli və qəddar düşmənlə üz-üzəyik”.(teleqraf.com)


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top