Türkiyə və Rusiya aviareysləri bərpa edir

DÜNYA 15 iyl 2020, 18:34

Türkiyə və Rusiya iyulun 15-dən etibarən iki ölkə arasında uçuşların bərpa edilməsinə dair razılığa gəlib.


“Anadolu” agentliyi xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Adil Karaismailoğlu açıqlama verib: “Bu gündən etibarən Rusiya ilə uçuşlara başlamaq barədə razılığa gəldik”.


Nazir bildirib ki, 11 iyundan etibarən 31 ölkə ilə uçuşların yenidən başladılması ilə yanaşı 20 ölkə ilə də danışıqlar aparılıb. Rusiyanın da siyahıya daxil olması ilə uçuşların başladıldığı ölkə sayı 32-yə çatıb.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top