“Dövlətimizə və ordumuza dəstək şüarlarını həzm edə bilmədilər”

GÜNDƏM 15 iyl 2020, 14:05

Ötən gecə Bakıda minlərlə insan cəbhədə Vətən uğrunda mübarizəyə atılan hərbçilərimizə dəstək aksiyası keçirdi. Şəhərin müxtəlif küçələrindən başlayan həmrəylik yürüşü Şəhidlər Xiyabanı yaxınlığında – Milli Məclisin binası qarşısında davam etdirilib. Ancaq aksiyanın gedişində təxribatçı qüvvələr yaranmış şəraitdən öz məqsədləri üçün istifadə etməyə çalışıblar. Milli Məclisin binasını tutmağa cəhd edən həmin qüvvələr insanların bu əzmini, hərbçilərə dəstək aksiyasını başqa səmtə yönəltməyə çalışıblar. Həmin qrup insanları parlament binasına yönləndirməklə provaksiyaya əl atıblar.
 

Bununla bağlı Versus.Az-a açıqlama verən Müasir Müsavat Partiyasının sədr müavini Könül İsmayılova hesab edir ki, bu təxribatın arxasında “5-ci kolon” və Azərbaycanın daxilindəki ermənipərəst qüvvələr dayana bilər.


Hiddətini gizlətməyən siyasətçi xanım vurğuladı ki, xain qüvvələr fürsəti fötə vermək istəməyiblər. O, təxribatçılara müraciətlə - “5-ci kolon” və daxildəki iyrənc ermənilər siz kimə işləyirsiz? Müharibə cəbhədə gedir, Bakıda yox, belə hünərlisinizsə, döyüş zonasına gedib gücünüzü erməniyə göstərin. Sizlər erməni dəyirmanına su tökdükcə, düşmənin çax-çuxu hələ başımızı çox ağrıdacaq”- dedi.


K.İsmayılova təxribatçı qüvvələrin bu hərəkətlərlə şəhidlərin ruhuna da xəyanət etdiklərini qeyd etdi:

 
“Bu xainlər xalqımızın öz şəhidini alqışlarla qarşılaması, dövlətimizə və ordumuza dəstək məqsədilə şüarlar səsləndirməsini, Qarabağ uğrunda müharibəyə hazır olduqlarını bəyan etmələrini həzm edə bilmədilər. Xaincəsinə Milli Məclisin şüşələrini qırdılar, içəri basqın etdilər. Bununla da yürüşün mahiyyətini dəyişməyə cəhd etdilər”.

 
K.İsmayılova bildirdi ki, Azəbaycan demokratik, sivil dövlət olduğu üçün burda şüşə qırmaqla, Milli Məclisə hücum etməklə nəyinsə dəyişəcəyini düşünmək sadəlövhlükdür:

 
“Amma çox sevinirəm ki, təxribat tam mənası ilə baş tutmadı, insanları provakasiyaya cəlb edib daha böyük problemlər yaratmadılar. O qüvvələrə demək istəyirəm ki, belə bir gündə bu hərəkətlərinizlə bir daha məğlubsunuz. Milli addıma kölgə salmaq istəyiniz ürəyinizdə qalıb və qalacaq. Çünki Azərbaycan xalqı bir nəfər kimi Ali Baş Komandanın ətrafında sıx birləşməkdədir”.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top