Afaq Bəşirqızı: “Artıq bu dığaların sonudur”

ŞOU-BİZNES 15 iyl 2020, 13:10

Hazırda Azərbaycan xalqı iki cəbhədə mübarizə aparır. Birincisi koronavirus infeksiyasıdır ki, onunla  savaşımız aylardır davam edir. İkincisi isə bədnam qonşularımızdır ki, onların vandalizm hərəkətlərini, xainliklərini illərdir görürük.

 

Hələ əzəli torpaqlarımızı işğal etməkləri bəs deyilmiş kimi, sərhəddə atəşkəsi pozaraq, təxribat törətməyə çalışırlar. Hərə dəfə şanlı ordumuz tərəfindən susdurularaq, layiqincə cavablarını alırlar. Şübhəsiz bir gün düşmənin səsini həmişəlik kəsib, Qarabağımıza qovuşacağıq.  Millətimiz həmrəy şəkildə  səbr və təmkinlə indilərdə gedən döyüşlərin bizim xeryrimizə sona çatmasını gözləyir.

 
Bəs gəlin görək dəyərli sənətkarlarımız, ziyalılarımız  içində bulunduğumuz vəziyyət haqqında nə düşünürlər? 


Məsələ ilə bağlı “Sherg.az”a danışan  tanınmış aktrisa, Xalq artisti Afaq Bəşirqızı söyləyib ki, hər birimiz  zəfərə inamla yanaşmalıyıq:


“Hamımız  səfərbər olmalıyıq! Ölkə  vətəndaşları olaraq  özümüzə, ordumuzun gücünə, zehnimizə, inanıb  müharibəyə qalxmalıyıq. Artıq bu  dığaların sonudur! Çünki  güzəştlər, atəşkəslər və sairlər etmişik.

 
Təqsir bizdə olmasa da günahkarın missiyalarını boynumuza götürmüşük.  Amma bunlar hələ də torpağımın balalarını şəhid edirlər, təxribat törədirlər. Allah şükürlər olsun ki, ön cəbhə ilə əlaqə saxlayıram. Sərhədə könüllülərimiz gedir, igid oğullarımız, qardaşlarımız hamısı vuruşmaq istəyir. Onlara qurban olum... Mən qələbə ümidiləyəm!..”


Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top