Səs yazısını yayan erməni təxribatçısı çıxdı — VİDEO

HADİSƏ 15 iyl 2020, 12:00

Bu şəkildə və videoda görünən şəxs ermənidir, əsl erməni. İdbar məxluq öz aləmində, guya ki, təxribat törədir, aramızda şayiə yayır, panika salır.


Siz onun kövrəlməyinə, ağlamağına, gözünün yaşına baxın. Belə artistlik istedadı heç Frunzik Mkrtıçyanda da olmayıb.


Bir az təcrübəsiz və təlaşa meylli adamlar, əlbəttə, bunun bu saxta göz yaşlarına inanacaq, yaydığı dezinformasiyaları ciddi qəbul edəcək, elə biləcək ki, 812-ci diviziyanı gerçəkdən də dağıdıblar və xeyli itki vermişik.


Əslində isə adı çəkilən və çəkilməyən hərbi hissələrimizə heç nə olmayıb, ermənilərin atdığı mərmilər boş sahələrə, dağa-daşa düşüb.


Bu, onu göstərir ki, yaramazlar informasiya müharibəsinə yaxşı hazırlaşıblar. "Artist"in ana dilimizdə belə sərbəst danışması da bunu göstərir.

 


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top