Türkiyənin Azərbaycana dəstəyi Ermənistanı təşvişə saldı — Təcili məktub

SİYASƏT 15 iyl 2020, 11:20

Ermənistan parlamentinin sədri Ararat Mirzoyan Azərbaycanla sərhəddə yaşanan gərginlikdə Türkiyənin Azərbaycan ordusuna verdiyi dəstəkdən narazılığını ifadə edib.


Demokrat.az xəbər verir ki, Ararat Mirzoyan Avropa Parlamentinin sədri David Sassoli, Belçikanın AŞPA-da nümayəndə heyətinin rəhbəri Hendric Dama və ATƏT-in Parlament Assambleyasının prezidenti George Tsereteliyə məktub yazıb.


O, Türkiyənin Azərbaycan ordusuna verdiyi dəstəyin regional təhlükəsizliyə təhdid olduğunu deyib: "Azərbaycan ordusu Türkiyə Xarici İşlər Nazirliyinin dəstəyini alır və bu vəziyyət əlavə gərginlik yaratmaqla yanaşı, regional sabitliyi və təhlükəsizliyi təhdid edir".


Mirzoyan həmçinin Azərbaycanın beynəlxalq hüququn əsas prinsiplərini pozduğunu da iddia edib.(teleqraf.com)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top