10 yaşlı məktəblinin selfi həvəsi faciə ilə bitdi

DÜNYA 15 iyl 2020, 10:50

Effektli selfi çəkmək istəyi növbəti dəfə faciə ilə nəticələnib. Bu dəfə 10 yaşlı məktəbli həyatını itirib.


5-tv.ru-nun məlumatına görə, hadisə Rusiyanın Leninqrad vilayətində baş verib.


Üçüncü sinif şagirdi olan məktəbli körpüdə dəmir yollarının fonunda şəkil çəkdirmək istəyib. Riskli selfi uğursuzluqla nəticələnib, uşaq yıxılıb.


Hadisə yerinə axtarış-xilasetmə bölməsinin əməkdaşları cəlb olunub. Məktəbli ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Lakin həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb, uşaq aldığı travmalardan həyatını itirib.(oxu.az)


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top