General-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev dəfn olundu — VİDEO (YENİLƏNİB)

SOSİAL 15 iyl 2020, 09:55

Azərbaycan Ordusunun şəhid olan general-mayoru Polad Həşimov və polkovnik İlqar Mirzəyev İkinci Fəxri xiyabanda dəfn olunub.


Demokrat.az xəbər verir ki, insan izdihamı müşahidə edilən dəfn mərasimində hərbi orkestrin iştirakı ilə dövlət himni səsləndirilib və havaya yaylım atəşi açılıb.


Qeyd edək ki, general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev dünən səhər saatlarında Tovuz rayonu istiqamətində döyüş zamanı qəhrəmancasına şəhid olub.(report.az)

 

***09:20

 

Azərbaycan Ordusunun şəhid olan general-mayoru Polad Həşimov dəfn olunur.


Demokrat.az xəbər verir ki, general-mayorun cənazəsi İkinci Fəxri xiyabana gətirilib.


Xiyabanda orkestrin iştirakı ilə dövlət himni səsləndirilib və havaya yaylım atəşi açılıb.


Qeyd edək ki, general-mayor Polad Həşimov dünən səhər saatlarında Tovuz rayonu istiqamətində döyüş zamanı qəhrəmancasına şəhid olub. Onun cənazəsi vida üçün ilk Qəbələdəki ata ocağına, daha sonra Sumqayıtdakı evinə gətirilib.(report.az)

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top