Polis Ronaldonun oğlu ilə bağlı araşdırma aparır

İDMAN 15 iyl 2020, 09:12

Portuqaliyanın hüquq-mühafizə orqanları “Yuventus”un futbolçusu Kriştianu Ronaldonun 10 yaşlı oğlu Cunior Ronaldo ilə bağlı araşdırmaya başlayıb.


Bu barədə “The Sun” nəşri məlumat yayıb.


Asayiş keşikçiləri kiçik Ronaldunun müstəqil şəkildə hidrosikl sürdüyü videonu araşdırır. 


Videonu K.Ronaldonun bacısı mobil telefonuna çəkərək, “Instagram”a yerləşdirib.


Portuqaliya qanunlarına əsasən, yeniyetmələr hidrosikl idarə edə bilməz.


Bu qaydaları pozan şəxsləri 3 min avroya (5 700 manat) qədər cərimə gözləyir.(oxu.az)


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top