"Əgər Ermənistanın sübutu varsa, təqdim etsin" — RƏSMİ AÇIQLAMA

SİYASƏT 15 iyl 2020, 02:28

Ermənistan KİV-nin guya Azərbaycan Ordusunun bölmələri tərəfindən cəbhənin Tovuz istiqamətində Ermənistan silahlı qüvvələrinə qarşı “Qrad” yaylım atəşli reaktiv sistemlərdən istifadə etməsi barədə yaydığı məlumat dezinformasiyadır.


Demokrat.az xəbər verir ki, bunu Müdafiə Naziliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib:


“Bölmələrimiz tərəfindən bu silah növü tətbiq edilməyib. Əgər Ermənistan tərəfində bu silah növünün tətbiq edilməsi barədə hər hansı bir sübut varsa, onu təqdim etsin”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top