Şəhid mayor Namiq Əhmədov Qazaxda dəfn olundu — FOTO

HADİSƏ 14 iyl 2020, 21:12

İyulun 13-dən 14-nə keçən gecə və səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində düşmən təxribatının qarşısını alan zaman qəhrəmancasına şəhid olan mayor Əhmədov Namiq Hajan oğlu bu gün Qazax rayonunun Yuxarı Salahlı kəndində dəfn olunub.

 

Dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, kənd sakinləri, rayon ictimaiyyətinin nümayəndələri, şəhidin döyüş yoldaşları və qohumları iştirak ediblər.

 

Şəhidin nəşi doğulub boya-başa çatdığı Qazaxın Yuxarı Salahlı kəndində izdihamla qarşılanıb.

 

Qeyd edək ki, Namiq Əhmədovun bir qız, bir oğlan övladı var.

 

Dəfn mərasimindən sonra Azərbaycan bayrağı şəhidin atası Hajan Əhmədova təqdim edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top