"Ordumuzun uğuru üçün çalışmaq Azərbaycan vətənsevərlərinin borcudur" — Müsavat başqanı

SOSİAL 14 iyl 2020, 22:48

“Alınan məlumatlardan görünür ki, erməni tərəfi ərazilərimizə hücumları davam etdirir. Yəqin ki, döyüş əməliyyatları və mürəkkəb hərbi vəziyyət hələ davam edəcək”.

 
Demokrat.az
-ın xəbərinə görə, bunu Müsavat Partiyasının başqanı Arif Hacılı deyib.
 

“Bu həssas məqamda, ən azı ziyan vurmamaq üçün diqqətli olmaq, döyüş bölgəsində olan əsgər və zabitlərimizə dəstək vermək, ordumuzun uğuru üçün çalışmaq Azərbaycan vətənsevərlərinin borcudur. Bu Vətən Bizimdir! Şəhidlərimizə Allahdan rəhmət, yaralılarımıza şəfa diləyirəm” – A.Hacılı qeyd edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top