Ərdoğan: "Ermənistanın dost və qardaş Azərbaycana hücumunu şiddətlə qınayıram"

SİYASƏT 14 iyl 2020, 21:08

“Dost və qardaş Azərbaycana qarşı Ermənistan tərəfdən törədilən hücumu şiddətlə qınadığımı bildirmək istəyirəm”.

 

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan kabinet toplantısından sonra verdiyi açıqlamada deyib. 

 

O, şəhidlərə rəhmət, yaralıların tez bir zamanda sağalmasını diləyib. 

 

"Bu gərginliyin Ermənistanın düşünməmiş hücumundan sonra silahlı toqquşmaya (çatışma) çevrilməsindən narahatıq. Son hücum iki ölkə sərhədində ağır silahlarla həyata keçirilib”, - deyə Ərdoğan əlavə edib. (APA)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top