"Ermənistan-Azərbaycan sərhədində hadisələri narahatlıqla izləyirik" — NATO Baş katibinin xüsusi nümayəndəsi

SİYASƏT 14 iyl 2020, 20:00

“Biz Ermənistan-Azərbaycan sərhədində ağır silahlardan istifadə edilməsi və insan tələfatı ilə nəticələnən hadisələri narahatlıqla izləyirik”.

 

APA-nın məlumatına görə, bunu NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay özünün “Facebook” hesabındakı yazıb.

 

"Biz ATƏT-in Minsk Qrupu həmsədrlərini gərginliyin daha da böyüməsinin qarşısını almaq üçün bütün lazımı tədbirləri görməyə dair tərəflərə çağırış etməyə səsləyirik", - deyə o qeyd edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top