"Ermənistan bölgədəki gərginliyi və təxribatı bilərəkdən edir" — Prezidentin köməkçisi

SİYASƏT 14 iyl 2020, 18:50

"Ermənistan bölgədəki gərginliyi bilərəkdən artırır və təxribatı bilərəkdən edir".

 

Demokrat.az-ın xəbərinə görə, bunu Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri, Prezident köməkçisi Hikmət Hacıyev "Habertürk"-ə açıqlamasında deyib. 


O, bildirib ki, Ermənistanın bu davranışı məsuliyyətsiz xarakter daşıyır və özündə gərginliyi əks etdirir. 


“Ermənistan bölgədəki gərginliyin nə ilə nəticələnəcəyini bildiyindən hərəkət edir. Ancaq Azərbaycan olaraq hər bir təxribata cavab verməyə hazırıq. Biz heç vaxt susmayacağıq” - deyə H.Hacıyev qeyd edib.


Məqalədə daha sonra vacib məqama toxunulur:

 

Ölkədəki sosial və iqtisadi böhranın üstündən keçmək üçün Ermənistan bölgədə gərginliyi artırmaqda maraqlıdır. Həmçinin, Rusiyanın bu gərginliyin bir parçası olduğu deyilir. Rusiyanın Ermənistandan istifadə edərək, bu ölkəyə hərbi kontingent göndərməklə regionda Azərbaycan, Gürcüstan və Ermənistana nəzarət etmək istəyi vurğulanır. Münaqişənin Qarabağda deyil, Tovuz rayonunda davam etməsi isə strateji məsələlərlə bağlıdır. Türkiyəyə gedən enerji xətləri, Bakı-Tbilisi-Qars dəmiryol xətti də bu ərazidən keçir. Son zamanlarda Azərbaycan tərəfi Tovuz istiqamətində müdafiəni gücləndirməkdədir. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top