Toyuna hazırlaşan Elçin Ağstafada dəfn edildi — FOTOLAR

SOSİAL 14 iyl 2020, 15:57

Ermənistanın təxribatı nəticəsində Azərbaycan Ordusunun şəhid olan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Mustafazadə Elçin Arif oğlu Ağstafa rayonu Həsənsu kəndində dəfn edilib.


Demokrat.az xəbər verir ki, şəhidin cənazəsi vidalaşmaq üçün əvvəlcə doğulduğu evə gətirilib.


Vida mərasimdən sonra E.Mustafazadənin cənazəsi qəbiristanlığa aparılaraq torpağa tapşırılıb.


Qeyd edək ki, iyulun 13-dən 14-nə keçən gecə və səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində şiddətli döyüşlər davam edib.


Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı bölmələrimizin gördüyü cavab tədbirləri nəticəsində böyük itkilər verən düşmən geri çəkilməyə məcbur edilib.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top