Tovuz sakinləri: “Biz sona qədər torpağımızda qalacağıq”

SOSİAL 14 iyl 2020, 14:11

“Tovuz rayonunun Ağdam kəndinin sakinləri 1992-ci ildən bəri dəfələrlə atəşkəsin pozulmasına baxmayaraq, buradadır. Ermənilərlə sonuna qədər mübarizə aparacağıq”.


Demokrat.az xəbər verir ki, bunu “Real” TV-yə müsahibələrində kənd sakinləri deyib. 


Onlar bildirib ki, kənd sakinləri heç nədən qorxmur:


“İyulun 12-dən ermənilər sərhəddə atəşkəsi pozdu. Başladılar ağır artilleriyadan atəş açmağa. Bir anda səs-küy yarandı. Hər kəs özünü bacardığı qədər qorumağa çalışır. Kənd camaatı evlərini tərk etmir, etməyəcək də. Biz sona qədər torpağımızda qalacağıq. Azərbaycan Ordusuna güvənirik. Bizim hərbçilərimiz onlardan qat-qat güclüdür. Artıq ermənilər layiqli cavablarını alıblar, almaqda da davam edirlər". 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top