“Semaşko”nun koronavirusa yoluxan həkiminin durumu açıqlandı

SOSİAL 14 iyl 2020, 11:06

Bakı Sağlamlıq Mərkəzi COVID-19 infeksiyasına yoluxan və orada müalicəsi davam edən 1 saylı Kliniki Tibbi Mərkəzin reanimatoloqu Kərəm Yabuqovun durumu ilə bağlı məlumat yayıb.


Mərkəzdən “Report”a verilən məlumata görə, həkim iyunun 3-də mərkəzin infeksion xəstəliklər şöbəsinə təngnəfəslik, tənəffüs çatışmazlığı və saturasiyasının aşağı olması göstəriciləri ilə gecə saatlarında qəbul olunub.


Bildirilib ki, iyunun 9-dan etibarən xəstənin təngnəfəslik və boğulmalarının artması səbəbi ilə reanimasiya şöbəsinə yerləşdirilib, intubasiya olunub və süni tənəffüs aparatına qoşulub: “Hazırda xəstə süni tənəffüs cihazındadır, müalicəsi davam etdirilir”.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top