İranda son sutkada 200-dən çox insan pandemiyanın qurbanı oldu

DÜNYA 13 iyl 2020, 15:30

İranda daha 203 nəfər koronavirusun qurbanı olub.


“Report” IRNA-ya istinadən xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.


Məlumata görə, İranda ümumilikdə 13 032 nəfər pandemiyanın qurbanı olub.

 

Son sutkada daha 2 349 nəfərdə koronavirus aşkarlanıb. Beləliklə, İranda yoluxma faktlarının ümumi sayı 259 652-yə yüksəlib.


Məlumatda həmçinin 3 375 nəfərin ağır vəziyyətdə olduğu, 222 539 nəfərin isə sağaldığı vurğulanıb.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top