Rusiyalı politoloq: "Döyüşlər davam etsə, Ermənistanın kömək istəyi yarana bilər"

SİYASƏT 13 iyl 2020, 13:33

"Görünən mənzərə odur ki, Azərbaycan tərəfi müharibə etmək istəmir. Ancaq son hadisələrdən sonra Azərbaycan öz hərbi gücünü nümayiş etdirəcək".


Bu fikirləri Demokrat.az-a açıqlamasında Rusiyanın tanınmış politoloqu, Cənubi Qafqaz və Orta Asiya regionu üzrə icmalçı Arkadi Dubnov bildirib. 


Azərbaycanla Ermənistan arasında baş verən son döyüşlərə toxunan Arkadi Dubnov deyib ki, bu müharibə aprel döyüşləri səviyyəsinə qalxan deyil:


"Əgər döyüşlər bir neçə gün də davam edərsə, o zaman Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) kömək istəyi yarana bilər. Çünki Ermənistanın üzvü olduğu KTMT ilə müqaviləsi mövcuddur". 


Rusiyalı politoloq əlavə edib ki, Azərbaycan tərəfi müharibəyə üçüncü ölkənin müdaxiləsini istəmir.  


Zaur Hacılı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top