“Göz yaşımıza boğulsaq da, bu gün şəhid verən günümüzdür”

SOSİAL 13 iyl 2020, 13:14

“Son vaxtlar Müdafiə Nazirliyinin yaydığıməlumatlardan da görürdük ki, Ermənistan silahlı qüvvələri atəşkəsin pozulma sayını 70-ə çatdırıb. Hiss olunurdu ki, işğalçı ölkə məkrli niyyətini gerçəkləşdirməyə fürsət axtarır. Dünən Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusunun mövqelərini yenidən artilleriya atəşinə tutması isə artıq son oldu”.
 


Bunu Versus.Az-a dünən Ermənistan silahlı qüvvələrinin Tovuz rayonunun Ağdam kəndini 120 millimetrlik minaatanlardan atəşə tutulması ilə bağlı açıqlamasında Müasir Müsavat Partiyasının sədr müavini Könül İsmayılova bildirib.


K.İsmayılova dünən axşamdan Azərbaycan ictimaiyyətində bir narahatlıq olduğunu qeyd edib:


“Azərbaycan Ordusu adekvat cavab tədbirləri həyata keçirir . Müdafiə Nazirliyindən də bildirildiyi kimi, cəbhə xətti boyu əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır. Və düşmənin bu təxribatına qarşı qoşunlarımız tərəfindən daha sərt cavab tədbirləri görülür. Artıq şəhidlərimiz də var, bu gün onlar torpağa tapşırıldı. Şəhidlərimizin hər birinin ruhları qarşısında baş əyirəm. Allah ruhların şad eləsin. İnşallah qanları yerdə qalmaz. Göz yaşlarımıza boğulsaq da, bu gün bizim şəhid verən günümüzdür”.

 
Könül xanım belə bir vaxtda sosial şəbəkələrdə erməni dəyirmanına su tökən informasiyaları yayanlara hiddətini də gizlətmədi:

 
“Sirr deyil ki, ermənilər həmişə bizə qarşı genişmiqyaslı informasiya savaşı da aparır. Biz bilirik ki, azərbaycanlı adıyla profillər açan ermənilər informasiya savaşında da təxribatlarından qalmırlar. Bu yolla Azərbaycanın ziyanına işləyəcək saxta məlumatlar yayırlar. Ona görə də gəlin aldanmayaq, düşmən oyunlarına alət olmayaq. Yalnız rəsmi məlumatlarımızı yayaq. Ordumuzu ruhlandıracaq paylaşımlar edək. Mən inanıram ki, Azərbaycan ordusu tezliklə Qarabağın hər kənd və şəhərində bayrağımızı dalğalandıracaq”.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top