Ölkədə süni tənəffüs aparatında olan koronavirus xəstələrinin sayı — FOTO

SOSİAL 12 iyl 2020, 22:44

Azərbaycanda koronavirusla bağlı bu günə olan statistik göstəriciləri açıqlanıb.

 

TƏBİB-dən Demokrat.az-a daxil olan məlumata görə, bu gün ölkədə koronavirusla bağlı 7878 test edildiyi bildirilib.

 

Məlumata görə, indiyə qədər Azərbaycanda 568 234 test aparılıb.

 

Xatırladaq ki, bu günə qədər ölkəmizdə 24 041 nəfər koronavirusa yoluxub. 306 nəfər ölüb, 15 093-ü isə sağalıb. Hazırda 8642 nəfər aktiv xəstə kimi qeydiyyatdadır. 

 

Həmin şəxslərdən 356 nəfərin vəziyyəti ağırdır, 58 nəfər isə süni tənəffüs aparatı vasitəsilə xəstəliklə mübarizə aparır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top