AzTV şəhidlərə görə konserti ləğv etdi

SOSİAL 12 iyl 2020, 22:13

Azərbaycan Televiziyası ordumuzun şəhid verməsi ilə əlaqədar olaraq bu gün yayımlanması nəzərdə tutulan “Yay axşamı” konsert proqramını təxirə salıb.

 

Demokrat.az xəbər verir ki, bu barədə telekanalın rəsmi "Facebook" hesabında bildirilib.

 

Qeyd edək ki, bu gün Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşlərindən istifadə edərək hücuma keçməyə cəhd göstərib. Döyüş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçularından 2 nəfər şəhid olub, 5 nəfər isə yaralanıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top