Tovuzlular orduya dəstək üçün sərhədə axışdı

SOSİAL 12 iyl 2020, 21:08

İşğalçı Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində Tovuz rayonu ilə sərhəddə yaşanan insidentdən sonra bir qrup rayon sakini ordumuza dəstək məqsədi ilə düşmənlə sərhəddə getməyə cəhd edib.


BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata əsasən insanların qarşısını polis alıb.


Bununla yanaşı rayon sakinləri daima ordumuzun yanında olduqlarını, istənilən an ərazilərimizin müdafiəsi uğrunda döyüşə hazır olduqlarını ifadə ediblər.


Aparılan söhbətlərdən sonra insanlar ərazidən uzaqlaşdırılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top