Daha bir həkim koronavirusdan öldü — FOTO

HADİSƏ 12 iyl 2020, 21:47

Cəlilabad Rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının koronavirusa yoluxan həkimi, 1955-ci il təvəllüdlü İbadət Ağayev vəfat edib.


Demokrat.az xəbər verir ki, İ.Ağayev bu gün müalicə olunduğu "Yeni klinika"da dünyasını dəyişib.


Qeyd edək ki, koronavirusla mübarizədə aktiv iştirak edən İ.Ağayevin ötən ayın sonunda verdiyi test analizinin nəticəsi pozitiv çıxıb. O, bir müddət Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında müalicə alıb. Daha sonra vəziyyəti ağırlaşdığından iyunun 30-da Bakı şəhərində yerləşən "Yeni klinika"ya köçürülüb.


İ.Ağayev 40 il təcili yardım sahəsində çalışıb. (Report)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top