Ermənistan müharibə istəyir? — Cəbhədəki gərginliklə bağlı AÇIQLAMA

GÜNDƏM 12 iyl 2020, 20:42

"Görünən odur ki, düşmən son günlər cəbhədə gərginliyi artırmağa çalışır". 


Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov Qazet.az-a açqlamasında bildirib ki, Ermənistan tərəfi Azərbaycanı müharibəyə təhrik edir.


“Cəbhədə erməni tərəfindən açıq-aşkar təxribatlar, ələlxüsus, Azərbaycanın Qazax istiqamətindəki təxribatları provokasiya xarakterlidir. Düşmən Azərbaycan ordusunu hücuma çəkmək istəyir ki, bununla da öz məqsədlərinə çatsınlar. 


Burada xüsusi vurğulamaq lazımdır ki, söhbət Ermənistan ordusunun heç də müstəqil şəkildə Azərbaycana qarşı provokasiya etməsindən getmir. Oradakı generallar hər kəsə məlumdur ki, kimə tabedirlər. Bu aylar ərzində bu cür təxribatların şahidi olmuşuq. Bütün bu təxribatlardan sonra soyuqqanlı davranmışıq”, – deyə Zaur Məmmədov qeyd edib.

 


Ermənistanda son günlər baş verən proseslər onu deməyə əsas verir ki, istər ölkənin iqtisadiyyatı, istərsə də ordunun gücü müharibə etməyə cavab vermir.


“Azərbaycanı təxribata çəkmək istəyənlər bilməlidirlər ki, Azərbaycan bəzi ölkələr kimi təxribata getməyəcək. Daha yaxşı formada prosesləri təhlil edirik. Azərbaycan çox mühüm strateji bölgədə yerləşir. Kimlər ki, Azərbaycanla münasibətləri yaxşılaşdırmaq istəyir, erməni dəyirmanına su tökməkdən uzaqlaşmalıdırlar”.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top