Qazax rayonunun Yuxarı Salahlı kəndində “Opel” markalı minik avtomobili və “Shacman” markalı yük avtomobili toqquşub.
Fövqəladə Hallar Nazirliyindən Demokrat.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.