Qazaxda minik avtomobili TIR-a çırpıldı — Xəsarət alanlar var

HADİSƏ 12 iyl 2020, 17:20

Qazaxda xəsarətlə nəticələnən yol qəzası olub.


"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Bakı-Qazax-Gürcüstan avtomobil yolunun Yuxarı Salahlı kəndindən keçən hissəsində qeydə alınıb.


"Opel" markalı avtomobilin "TIR" yük maşınına çırpılması nəticəsində, Gəncə şəhər sakini, 1992-ci il təvəllüdlü Anar Məmmədov və daha bir nəfər (şəxsiyyəti dəqiqləşdirilir-red) xəsarət alıb. 


Hər iki yaralı Qazax rayon Müalicə və Diaqnostika Mərkəzinə aparılıb. A.Məmmədovun vəziyyətinin ağır olduğu bildirilir.


Faktla bağlı araşdırmalara başlanılıb.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top