Saatlıda qatar avtomobili vurdu — xəsarət alanlar var

HADİSƏ 12 iyl 2020, 08:43

Saatlı rayonunda qatar avtomobili vurub.

 

APA-nın məlumatına görə, hadisə Saatlının Sarıcalar kəndində qeydə alınıb.

 

Soltanabad kənd sakini, 1994-cü il təvəllüdlü İbrahimov Əlizahid Adıgözəl oğlunun idarə etdiyi "VAZ 2106" markalı avtomobil dəmir yolu xəttini keçən zaman onu qatar vurub. Nəticədə sürücü və avtomibildə olan sərnişinlər - Soltanabad kənd sakinləri, 1994-cü il təvəllüdlü Rzayev İmanverdi Rza oğlu, 1996-cı il təvəllüdlü Rzayev Ceyhun Rza oğlu müxtəlif dərəcəli xəsarətlərlə Şirvan şəhər xəstəxanasına çatdırılıb. Sonuncu kəllə-beyin travması ilə ağır vəziyyətdə Reanimasiya şöbəsinə yerləşdirilib.

 
Faktla bağlı xətt polisi tərəfindən araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top