Rafael Ağayev Rusiyadan təklif aldı

İDMAN 11 iyl 2020, 23:12

Azərbaycan karateçisi Rafael Ağayevə Rusiya milli komandasının baş məşqçi vəzifəsi təklif olunub. 

 

Demokrat.az xəbər verir ki, bu barədə idmançı özünün "Instagram" səhifəsində canlı yayımda açıqlama verib.

 

O bildirib ki, artıq 2021-ci ildən bu vəzifədə çalışması xahiş olunub. Ağayev hələlik Azərbaycanda olduğunu və məşq etdiyini bildirib.

 

Karateçi Azərbaycan millisində çalışmasının da mümkünlüyünü vurğulayıb. O, Azərbaycan Karate Federasiyasının hazırkı prezidenti Yaşar Bəşirovun xeyir-duası olacağı təqdirdə, bu posta rəhbərlik etmək istədiyini də diqqətə çatdırıb. (Modern.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top